İTV-nin yeni baş direktoru klub rəhbəri imiş… FOTOLAR

İki həftə öncə Balakişi Qasımov İctimai Televiziyanın yeni baş direktoru seçildi.

 

O, 1978-ci ildə Bakı şəhərində anadan olub və bunadək gametv.az prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

 

Eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı “Əlaçı” (“Brainist”), “61!” (“Jeopardy!”), “Breyn-rinq”, "Kim? Harda? Nə vaxt?" verilişlərinin baş prodüseri və rejissoru olub.


Beynəlxalq "Kim? Harda? Nə vaxt?" klubları assosasiyası təfərindən 2010-cu ildə ilin adamı seçilib. 2010-cu ilin yekunlarına əsasən, "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb. Ailəlidi, 2 övladı var.


Balakişi Qasımov vergilər naziri Mikayıl Cabbarovun xalası oğludu və… "Sabah"ın prezidentidi.

 

Ötən ilin yayında yaradılan, I Divizionda 5-ci pilləni tutsa da, AFFA tərəfindən Premyer Liqaya buraxılan klubun idarəçiliyi onun əlindədi. Nazir futbol sahəsiylə bağlı bütün işlərini yaxın qohumuna etibar edib. O da öz növbəsində Maksud Adıgözəlova.

 

Sonuncu, yəqin ki, yenə də burdakı işinin başında qalacaq. Qasımovu isə deyə bilmərik. İTV ona "Sabah"dan daha cəlbedici və prestijli görünə bilər, bu isə gələn ay dəqiqlik qazanacaq.

 

Çünki Milli Televiziya və Radio Şurası İTV-nin baş direktoru vəzifəsinə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib və səhhəti ilə əlaqədar istefa vermiş Cəmil Quliyevi kimin əvəzləyəcəyi iyunda rəsmən açıqlanacaq (Sportinfo.az).

 

 

Tarix: 27 May 14:51    Oxunub: 1001    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.