"Real" soyuqqanlı killerdi

Bugünün dünya futbolunda romantikaya yer yoxdu.

 

Sadəcə, güclü olmalısan.

 

Amansız, hətta deyərdim kobud şəkildə güclü. Ay tarix elə gəldi, ədalət belə getdi, gözəl oyun orda yıxıldı, nə bilim şərəf burda ayağa qalxdı...

 

Ay Buffonun göz yaşları, ay Salahın kasıb oğlanlığı, ay nə bilim nə...

 

Boş şeylərdi bunlar.

 

Bir an belə diqqətin yayınmamalıdı, hər xırda detala fikir verməlisən, ən cüzi şansdan belə yararlanmalısan.

 

Rahatlandın, nəyəsə güvənib hisslərə qapıldınsa, hər şey bitəcək. Dünyanın hər yerində dünya futbolu belədi.

 

"Yuventus", "Liverpul", "Bavariya", son vaxtlar hətta "Barselona" bu illüziyanın qurbanıdılar.

 

"Real" soyuqqanlı killerdi. Killerin öhdəsindən isə yalnız killer gələ bilər.

 

İlk öncə bunu anlamaq, qavramaq, nəticə çıxarmaq lazımdı. Yalnız bundan sonra hansısa uğurdan danışmaq olar.

 

Kənan Məstəliyev

Tarix: 27 May 14:38    Oxunub: 725    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.