"Futbolçulara dedim ki, həzz alın, mən söz tapa bilmirəm!"

"Beyl meydana çıxdı və etməli olduqlarını etdi.

 

Ronaldonun Turindəki qolunun eynisini vurdu. Biz xoşbəxtik.

 

Futbolçulara dedim ki, bu bayramın hər dəqiqəsindən həzz alsınlar. Bu, inanılmaz seriyadır. Söz tapa bilmirəm!".

 

Sportinfo.az xəbər verir ki, bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının finalında "Liverpul"a 3:1 hesabı ilə qalib gələrək kuboku qazandıqları oyundan sonra deyib.

 

O, komandanın hücumçusu Kriştiano Ronaldonun mümkün gedişi ilə bağlı isə bunları bildirib: "İndi bunu müzakirə etməyin vaxtı deyil. Çünki bu anları yalnız bir dəfə yaşayırıq".

Tarix: 27 May 14:25    Oxunub: 595    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.