Zidan ardıcıl üç dəfə uğur qazanan ilk mütəxəssisdi

Çempionlar Liqasının finalında “Liverpul”u 3:1 hesabıyla məğlub edən “Real” ardıcıl 3-cü mövsüm bu turnirin qalibi oldu.

 

Sportinfo.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinə Çempionlar Liqası adının verildiyi gündən bəri bu yarışda ardıcıl 3 dəfə baş mükafatı qazanan kollektiv olmamışdı.

 

Madrid təmsilçisi 26 illik bu dövrdə bir ilkə imza atmaqla tarixə düşdü. Ötən mövsüm ardıcıl iki dəfə baş məşqçi kimi ÇL-in qalibi adını qazanan “Real”ın çalışdırıcısı Zinəddin Zidan da tarixə keçdi.

 

O, nüfuzlu yarışda ardıcıl üç dəfə komandasına uğur qazandıran ilk mütəxəssisdi. Bütövlükdə, ÇL tarixində də ən çox qalib adını qazanan “Real” “Liverpul” üzərində qələbə ilə 13-cü dəfə kuboku muzeyinə aparmış oldu.

Tarix: 27 May 12:41    Oxunub: 542    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.