"Bu təklifi UEFA və klublarla müzakirə etmək istəyirik"

Avropa Klublar Assosiasiyasının (ECA) prezidenti Andrea Anyelli Çempionlar Liqasının formatının dəyişdirilməsini təklif edib.

 

Sportinfo.az xəbər verir ki, İtaliya “Yuventus”nun da prezidenti olan Anyelli qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində çıxış edən klubların 8 deyil, 4 qrupda mübarizə aparmasının tərəfdarı olduğunu vurğulayıb.

 

O, dəyişikliyin beynəlxalq oyunların sayının artırılması üçün edilməli olduğunu düşünür: “Hamımız daha çox beynəlxalq və az sayda daxili oyunların keçirilməsinin tərədarıyıq.

 

Bununla yanaşı, matçların ümumi sayının azalması da nəzərə alınmalıdı. Bütün klublar brendlərinin inkişafı üçün daha çox avrokubok oyunu keçirmək istəyir. Düşünürəm ki, bu, turnirin təbii təkamülüdü.

 

Bu təklifi UEFA, milli assosiasiyalar və klublarla müzakirə etmək istəyirik. Sizi əmin edirəm ki, həmkarlarımın çoxunun məsələyə baxışı eynidir”.

 

ECA Avropanın 53 milli assosiasiyasından 220 klubu birləşdirən qurumdur. Təşkilatda Azərbaycanı “Qarabağ”, “Qəbələ” və “Neftçi” təmsil edirlər.

Tarix: 27 May 12:02    Oxunub: 677    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.