Nəbiyevsiz "Şevardeni" evdə "Dinamo"ya uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi Gürcüstanın “Şevardeni” komandası növbəti oyununu keçirib.

 

Sportinfo.az xəbər verir ki, Gürcüstan 2-ci liqasının 13-cü turunda doğma meydanda Batumi “Dinamo”su ilə qarşılaşan həmyerlimizin komandası bu matçdan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Fərid bu qarşılaşmanın iştirakçısı olmayıb. O, U-20 yığmamızın Bakıdakı toplanışında iştirak etdiyi üçün hazırda bu klubun düşərgəsində deyil.

 

Geridə qalan turlarda 6 oyunda forma şansı qazanan Fərid indiyə qədər 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub. 13 turdan sonra hesabında 19 xal olan “Şevardeni” 10 komanda arasında 5-ci pillədə qərarlaşıb. 

Tarix: 27 May 11:49    Oxunub: 518    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.