Hollandiyalı canlı əfsanə Türkiyə klubuyla razılığa gəldi

Mövsüm başa çatdıqdan sonra “Deportivo”dan ayrılan Klarens Zeedorf karyerasnı Türkiyədə davam etdirə bilər.

 

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi “Sivasspor” hollandiyalı baş məşqçinin xidmətində maraqlıdı.

 

Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Sivas təmsilçisinin Zeedorfla şifahı razılıq əldə etdiyi vurğulanıb.

 

42 yaşlı məşqçi qışda “Deportivo”nun “sükanı arxasına” keçsə də, komandanı La Liqada saxlamaq vəzifəsinin öhdəsindən gələ bilməyib.

 

Mövsüm başa çatan kimi La Korunya təmsilçisi onunla yollarını ayırıb. “Sivasspor”un siyahısında Zeedorfdan başqa, Elano, George Haci, Tamer Tuna kimi mütəxəssislər də var.

Tarix: 27 May 10:57    Oxunub: 742    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.