“Bavariya” Messiyə “Alyans Arena”da yer ayırdı - FOTO

“Bavariya” rəhbərliyi “Barselona”nın futbolçusu Lionel Messiyə böyük jest edib.

 

Sportinfo.az xəbər verir ki, “Bavariya”nın stadionu “Alyans Arena”da Messi üçün fəxri guşə ayrılıb.

 

Buna səbəb isə Leonun “Bavariya”nın əfsanəsi Herd Müllerin rekordunu təzələməsi olub. Bu ilin yanvar ayında Messi İspaniya çempionatında vurduğu qolların sayını 336-ya çatdıraraq, bir klubun heyətində çempionatda vurulan qol sayına görə Mülleri geridə qoyaraq, rekord müəyyənləşdirmişdi.

 

Münhen nəhəngi Messinin bu nailiyyətini dəyərləndirərək, ona belə bir jest edib. Müller “Bavariya”nın heyətində Almaniya çempionatında 427 oyun keçirib, 365 qol vurub.

 

Onu da əlavə edək ki, Messi ötən ilin dekabrında Mülleri bir klubun heyətində bütün turnirlərdə vurulan qol sayına görə də geridə qoymuşdu.

Tarix: 27 May 10:44    Oxunub: 585    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.