Azərbaycanın millisi "Qızıl"da Bolqarıstana məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında III turun oyununa çıxıb.

 

Sportinfo.az xəbər verir ki, ilk iki matçda Ukrayna və Portuqaliyaya eyni hesabla (3:1) qalib gəliən yığmamız 3-cü cəhdində Bolqarıstanla üz-üzə gəlib.

 

Sofiyadakı Xristo Botev Sarayında təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Azərbaycan yığması ilk seti üstünlüklə başa vursa da, sonrakı setlərdə yenilib.

 

Bununla da Faiq Qarayevin baş məşqçi olduğu komanda Qızıl Avropa Liqasında ilk məğlubiyyətlə üzləşib.

 

Bu nəticədən sonra xallarını 9-a çatdıran Bolqarıstan yığması A qrupunda liderliyə yüksəlib. 6 xalı olan Azərbaycan 2-cidir.

 

Qrupun digər görüşündə hələlik xalı olmayan Portuqaliya və Ukrayna yığmaları üz-üzə gələcək. Bu oyun mayın 27-nə təsadüf edəcək.

 

Bolqarıstan - Azərbaycan - 3:1 (17:25, 25:17, 25:14, 25:21)

Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Çavdar Marev (Bolqarıstan)

Sofiya, Xristo Botev Sarayı.

Bolqarıstan: 7. Lora Kitipova, 8. Petya Barakova, 2. Nasya Dimitrova, 11. Xristina Ruseva, 10. Mira Todorova, 17. Borislava Saykova, 12. Mariya Karakaşeva, 1. Qerqana Dimitrova, 19. Aleksandra Milanova, 18. Silvana Çauşeva, 9. Monika Krsteva, 4. Veselina Qriqorova, 15. Jana Todorova, 3. Kristiana Petrova.

 

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15.Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

  

N

Ölkə

O

Q

M

S

T

X

1

Bolqarıstan

3

3

0

9-2

274-214

9

2

Azərbaycan

3

2

1

7-5

270-267

6

3

Ukrayna

2

0

2

2-6

180-201

0

4

Portuqaliya

2

0

2

1-6

132-174

0

 
Tarix: 27 May 00:20    Oxunub: 569    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.