Rüstəm Qasımov 17 yaşında Azərbaycan çempionu oldu

Şüvəlandakı Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinin ikinci gününə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, körpücük üzərinə ən son 17 yaşadək oğlanların yarışında 62 kiloqram çəki dərəcəsində mübarizə aparan atletlər çıxıblar.

 

Bu çəki dərəcəsində toplam 250 kiloqram (110+140) nəticə ilə Rüstəm Qasımov Azərbaycan birinciliyinin qalibi adını qazanıb.

 

Gümüş medalı 206 kiloqram (89+117) nəticə ilə İsa Həsənli, bürünc medalı isə 205 kiloqram (90+115) nəticə ilə Novruz Muxtarlı əldə ediblər.

 

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, uşaq-gənclər idman məktəblərini təmsil edən 150-yə yaxın gənc atlet gücünü sınayır.

Tarix: 27 May 00:00    Oxunub: 507    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.