"Onun transferində heç bir klubla razılıq əldə edilməyib"

"Napoli"nin yarımmüdafiəçisi Jorjinyonun agenti Joao Santos müştərisinin transfer məsələləri haqda danışıb.

 

Sportinfo.az xəbər verir ki, agent İtaliya millisinin üzvünün keçidi üçün "Napoli"nin "Mnaçester Siti" ilə danışıqlar apardığını açıqlayıb:

 

"Jorjinyonun transferində heç bir klubla razılıq əldə edilməyib. Ancaq "Mançester Siti" ilə "Napoli" arasında danışıqlar davam edir. Gələcəkdə nələr olacağını isə bilmirik.

 

Pep Qvardiola və bir çox çalışdırıcı Jorjinyonun oyununu bəyənir. Karlo Ançelottinin isə nə düşündüyünü deyə bilmərəm. Dünya çempionatından öncə nəsə baş verə bilər".

 

26 yaşlı yarımmüdafiəçi 2014-cü ildən "Napoli"də çıxış edir. Qvardiola Braziliya əsilli futbolçunu Fernandinyonun əvəzinə düşünür. Jorjinyo mövsüm ərzində 39 oyuna 4 qol vurub, 4 assist edib.

Tarix: 26 May 17:00    Oxunub: 506    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.