"Sumqayıt"ın "Futbol və Sağlam Həyat"ı 11 və 19 saylı orta məktəblərdə - VİDEO

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt"ın təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir.

 

Sportinfo.az xəbər verir ki, layihə bu dəfə Sumqayıtın 11 və 19 saylı orta məktəblərində baş tutub.

 

Tədbirdə həmin məktəblərlə yanaşı 1, TETG, 9, 10, 12, 6, 32, 40, 42 və 43 saylı orta məktəblərin şagirdləri də iştirak edib.

 

Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nın akademiyasının məşqçi heyəti şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib.

 

Tədbirdə "Sumqayıt" FK-nın məşqçiləri Azad Mütəllimov və Ağamusa Bağırov və akademiyamızın futbolçuları iştirak edib.

 

Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

 

Tarix: 26 May 16:36    Oxunub: 846    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.