"Addım-addım artıracağıq və bizim bu sistem yaxşı nəticə gətirəcək”: Azərbaycanın məşqçisi

“Bolqarıstanla qarşılaşmada topu oyun daxiletmələr həlledici amil olacaq”.

 

Sportinfo.az xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev deyib.

 

Qızıl Avropa Liqasının III turunun Bolqarıstanla görüşü barədə fikirlərini açıqlayan çalışdırıcı əsasən gənclərdən təşkil olunan yığmamızın uğura doğru addımladığını qeyd edib:

 

“Əlbəttə, yaxşı blok və əlaqə da daha bir vacib elementdi. Bu amil də vəziyyəti dəyişə bilər. Bolqarıstan yığmasının güclü hücumçuları var. Onların qarşısını almaq üçün blokda və müdafiədə yaxşı oynamalıyıq.

 

Bolqarıstan millisinin yaxşı komanda olduğunu bilirik. Biz bu turnirdə ən böyük ulduzlarımız olmadan çıxış edirik. Amma çox sayda gənc voleybolçularımız var.

 

Artıq iki qələbə qazanmışıq. Hesab edirik ki, oyundan-oyuna, addım-addım artıracağıq və bizim bu sistem yaxşı nəticə gətirəcək”.

Tarix: 26 May 16:24    Oxunub: 619    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.