"KƏPƏZ" DÜYÜNÜ - İsgəndər Cavadov Elxan Məmmədovu ifşa etdi!

İki gün əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov "Kəpəz"in Premyer Liqadan düşdüyünü rəsmən açıqladı. Bu, gözlənilən idi.
 
Mayın 11-də AFFA İcraiyyə Komitəsinin iclasından sonra brifinqdə Topaz Premyer Liqasında sonuncu yeri tutan komandanın bu il elitada qalmayacağını bildirməsinə baxmayaraq, yenə ümidlər var idi.
 
Çünki I Divizionun çempionu "Xəzər"in lisenziya şərtlərinə cavab vermədiyi üçün TPL-ə buraxılmayacağı, Divizionda yalnız "Sabah"ın bütün kriteriyalara cavab verdiyi açıqlanandan sonra Gəncə klubunun azarkeşləri az da olsa, ümid edirdilər ki, "Kəpəz"i salıb, yerinə qondarma bir klubu gətirməzlər.
 
Ancaq biz hələ fikirlərin haçalandığı bir ərəfədə yazmışdıq ki, məsələ kulisdə həll olunub. "Kəpəz" üçün AFFA-dan ayrılan 1.7 milyon manatlıq maliyyə "Sabah"a istiqamətləndiriləcək. Bəs bunu niyə edirlər və kimdir təşəbbüskar?
 
Bir daha xatırladaq ki, ötən ilin noyabrında "Kəpəz"də maliyyə mənimsəməsi faktı ortaya çıxmışdı. Və Gəncə şəhər rəhbərliyinin başlatdığı araşdırmalarda SOCAR-ın xüsusi audit qrupu aşkarlamışdı ki, assosiasiyadan klub üçün ayılan vəsaitdən mənimsəmə faktı var. Bu ifşaya görə AFFA-dan klubun Müşahidə Şurasına nümayəndə təyin olunan Mikayıl Nərimanoğlu qovuldu. Təəssüf ki, ciddi olayın üstü basdırıldı. Bu iş daha dərindən araşdırılsaydı, onda AFFA-nın baş katibi Elxan Məmmədovun cinayət məsuliyyəti daşıdığı ortaya çıxacaqdı.
 
İşin böyüməsinə AFFA prezidenti Rövnəq Abdullayev də böyük qalmaqal təhlükəsindən çəkinərək, təşəbbüs göstərməyincə olanlar gizlədildi.
 
Baş verənlərdən sonra "Kəpəz"in "vurulacağı" gözlənilən idi ki, bu barədə də bir neçə dəfə yazmışdıq.
 
Elxan Məmmədovun təhlükədən son anda qurtulması onu daha ciddi təhlükəsizlik tədbirləri görməyə vadar etdi. Baş katib artıq nüfuz edə bilməyəcəyi klubu TPL-ə buraxmamağa çalışacaq. Bunun da çeşidli səbəbləri haqda yazacağıq gələcəkdə.
 
Zaman ötdü və təklif etdiyimiz versiya təsdiqini tapdı.
 
Nədə?
 
AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun "fanat.az" saytına açıqlamasına diqqət yetirin:
 
"Komitədə (İcraiyyə Komitəsi - red.) Gəncə futbolunun elitada təmsil olunmasının vacibliyini bir neçə dəfə müzakirə etmişik. Biz də istəyərdik ki, qalsın. Mən özüm də Gəncə futbolundan çıxmışam. Bu şəhərin komandasının Premyer Liqada mübarizə aparmasını şəxsən özüm də arzulayırdım. Lisenziyalaşdırma Komissiyası bank təminatıyla bağlı tələbləri yerinə yetirə bilmədiklərini əsas gətirdi. "Kəpəz”ə vaxt verilmişdi. On gün ərzində bank təminatı məsələsini həll etsəydilər, qalacaqdılar. Belə qərara alınmışdı. Bilirsiz ki, aşağı liqanın qalibi "Xəzər”in də eyni səbəbdən elitaya yüksəlməsi mümkün olmadı. Təəssüf ki, biz nəyisə dəyişə bilmərik. Futbol klublarımıza sponsorların maraq göstərməməsi acı nəticələr verir. Elitada komanda sayı artsa, yaxşı olar. Mən də bunun tərəfdarıyam”.
 
Lisenziyalaşdırma Komissiyası bank təminatıyla bağlı tələbləri yerinə yetirə bilmədiyini əsas gətirib? Kluba bununçün 10 gün vaxt verilib?!
 
Bəs isenziyalaşdırma qrupunun "Kəpəz"ə "hə" dediyi rəsmən açıqlanmamışdımı?
 
Bu nə hoqqadır onda?
 
Ya İsgəndər müəllim nəyisə qarışdırır, ya da...
 
Yox, heç kim heç nəyi qarışdırmır. Zarafat işlər, uşaq oyunları deyil ki, kimsə nəyisə qarışdırsın, səhv etsin. Burda böyük pulların hesabı gedir və hər şey dəqiqliyi ilə hesablanır.
 
Sadəcə, məsələ bizim yazdığımız kimidir. "Kəpəz" üçün AFFA-dan ayrılan 1.7 milyon manat bundan sonra "Sabah"a ayrılacaq. Bilirsiniz niyə? Çünki şəhər rəhbərliyi həmin ifşa olayından sonra AFFA-dan  gələn pulun xərclənməsinə nəzarəti ələ keçirmişdi. Bu sistem də heç cür Elxan Məmmədov və onun güvəndiyi şəxs - AFFA-nın vitse-prezidenti Elşad Nəsirov klanına sərf etmirdi. Ona görə də həmin pulu ordan ayırmağa bəhanə uydurmaq üçün Məmmədov elə "oyun" qurdu ki, Diviziondan yalnız "Sabah" gəldi elitaya. Çünki bu klub tamamilə baş katibin nəzarətindədir. O, artıq həmin 1.7 milyon manatı yenə öz istədiyi kimi xərcləyəcək. "Kəpəz"dəki qorxu indi onların "drujinasını" izləmir.
 
Elxan Məmmədov gördü ki, ictimai tәzyiq cox güclüdü, İcraiyyə Komitəsi də "Kәpәz"i saxlamaq istәyir, mәsәlәni elә "fırlatdı" ki, klub tamamilə şәhәr rәhbәrliyinin ümidinə qaldı. AFFA-dan ayrılan pul daha verilmәyәcәk. Belәdә şәhәr rәhbәrliyi o qәdәr vәsait ayırmayıb. Lisenziya şәrti, maliyyә mәsәlәsi dә ortaya atıldı ki, ümumiyyәtlә cüzi ehtimal da qalmasın "Kәpәz" üçün. Özü dә dәrhal açıqlama ilә bunu bildirib mәsәlәyә nöqtә qoymağa çalışdı.
 
Bəs bu qədər həngamənin olduğu bir yerdə AFFA prezidenti Rövnəq Abdullayev hara baxır - deyəcəksiniz...
 
Bilirsiniz, pay bölgüsü məsələlərində tərəflər (oxu: klanlar) bir-birinin xətrinə dəymir. Nə olsun Abdullayev SOCAR və AFFA-nın rəhbəridir, Elşad Nəsirov da elə-belə fiqur deyil. O hesab edirsə ki, "Kəpəz" "çaşdı", deməli, Abdullayev də elə hesab edir... Anladınız siz.
 
Belə bir "oyunbazlığın" içində zərbə Azərbaycan futboluna dəyir. Biz isə sizi məlumatlandırmaqda davam edəcəyik (futbolpress.az).
Tarix: 26 May 15:00    Oxunub: 780    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.