Daxili İşlər Nazirliyinin komandası Belarusda bürünc qazandı

Belarusun paytaxtı Minskdə MDB dövlətlərinin güc qurumları arasında daşqaldırma növü üzrə turnir keçirilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sportinfo.az-a bildiriblər ki, ilk dəfə keçirilən yarışda DİN-in idmançı əməkdaşları da iştirak ediblər.

 

Nazirliyin İdman Cəmiyyətinin komandası yarışa beş iştirakçı ilə qatılıb. Turnirdə 70, 75, 80, 90 və 90 kiloqramdan yuxarı çəki dərəcələrində müvafiq olaraq, Anar Abdullayev, Elvin Dövlətov, Təbriz Məmmədov, Müşfiq Hüseynov və Ruslan Kübərov güclərini sınayıblar. Yığmamız bu turnirdə bürünc medala sahib olub.

 

Komandamızı bu yarışa DİN İdman Cəmiyyətinin Sumqayıt Regional Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Firudin Tağıyev hazırlayıb.

 

Komandamızın rəhbəri, Cəmiyyətin idmanın təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov ölkəmizdə idmanın bu növü üzrə daxili işlər orqanlarının əməkdaşları arasında müntəzəm yarışların keçirildiyini bildirib.

 

O, əməkdaşların asudə vaxtlarda bu idman növü ilə məşğul olduqlarını, onların hazırlıq səviyyələrinin daha yüksək nəticələrin qazanılacağını deməyə əsas verdiyini, polis idmançılarımızın ildən-ilə təcrübələrini artırdığını diqqətə çatdırıb.

Tarix: 26 May 20:48    Oxunub: 577    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.