Premyer Liqaya buraxılmayan klubda 600 minlik yoxlamalar başladı

«ZZ Group» sponsoru olduğu «Xəzər»də maliyyə yoxlamalarına başlayıb.

 

Artıq bir neçə gündü ki, bütün sənədlər təftiş olunur.

 

Bu, yalnız cari mövsümün yekunları ilə bağlıdı. Hələlik bilinən odu ki, sözügedən şirkət I Divizionda debüt edən kluba 600 min manat xərcləyib. Bunun 100 mini qış fasiləsinədək olan müddətə aiddisə, yerdə qalan hissəsi yanvardan bu yana sərf edilib.

 

Başqa sözlə, «Xəzər» Elşad Əhmədovu baş məşqçi postuna gətirmək, Antalyada 2 həftəlik təlim-məşq toplanışı keçirmək və heyəti büsbütün dəyişməklə çempionluq medalını qazanmağın bədəlini 500 min manatla ödəyib. Sonrası isə məlumdu: AFFA komandanın Premyer Liqada iştirakına xeyir-dua vermədi.

 

SPORTİNFO.AZ

 

Tarix: 26 May 20:36    Oxunub: 1236    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.