“Real”ın futbolçusu Qvardiolanın əsas transfer hədəfidi

“Real”ın futbolçusu İsko “Mançester Siti”nin maraq dairəsinə düşüb.

 

Sportinfo.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hesab edir ki, İsko Çempionlar Liqası üçün komandanı xeyli gücləndirə bilər.

 

Məlumata görə, həmyerlisi Qvardiolanın əsas transfer hədəfidi. “Şəhərlilər” hesab edirlər ki, İskonun transferini 80 milyon avroya reallaşdıra biləcəklər.

 

Onu da qeyd edək ki, futbolçunun müqaviləsində onun buraxılış kompensasiyası 700 milyon avro göstərilib.

 

Məlumata görə, “Real”da mütəmadi oynamaq şansı olmayan İsko İngiltərə klubuna keçməyin əleyhinə deyil.

Tarix: 26 May 20:12    Oxunub: 600    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.