Millimiz Bolqarıstana məğlub oldu - Eyni rəqib, eyni hesab

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib.

 

Sportinfo.az xəbər verir ki, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub - 1:2.

 

Yığmamızın qolunu Sona Rəhimova vurub. Bu komandalar arasında 3 gün əvvəl keçirilmiş oyun da eyni hesabla bolqarıstanlı futbolçuların xeyrinə başa çatmışdı.

Tarix: 26 May 20:00    Oxunub: 580    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.