Deputat: "Onlara ayrılan vəsaitlərdə böyük fərqlər olmamalıdı"

"Əgər idmançıda dopinq aşkarlanırsa, bu, dövlətin imicinə zərbə vurur.

 

Bəzən xaricdən məşqçilər dəvət olunur, ölkəmizdə idmançıları hazırlaşdırırlar.

 

Onların müqaviləsinin müddəti bitdikdən sonra hazırlaşdırdıqları idmançılarda dopinq aşkarlanır. Burada məsuliyyəti kim daşıyır? Buna aydınlıq gətirilməlidi".

 

Sportinfo.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Gənclər və idman komitəsinin  mayın 25-də keçirilən birgə iclasında deputat Adil Əliyev deyib.

 

Millət vəkili bildirib ki, Azərbaycan Milli Antidopinq Agentliyi fəaliyyət göstərir, idmançılar da həmin qurumla məsləhətləşməlidirlər.

 

Onun sözlərinə görə, ölkədə 85 federasiya dövlət büdcəsindən maliyyə alır, amma həmin federasiyaların maliyyə vəziyyəti idmançılar üçün nəzərdə tutulan həbi almağa imkan vermir:

 

“Ona görə də olimpiya idman növlərində yarışan idmançılarla qeyri-olimpiya növlərində yarışanlar arasında fərq qoyulmamalıdır. Bütün idmançılara eyni münasibət olmalıdır. Onlar üçün ayrılan vəsaitlərdə böyük fərqlər olmamalıdr”.

Tarix: 26 May 11:36    Oxunub: 703    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.