Eh, sizlərdən Rəşad Sadıqova yar olmaz! - FOTOREPORTAJ

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti matçını keçirib.

 

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamız Makedoniya ilə görüşüb.

 

Balkan təmsilçisi Azərbaycana U-20 yığması ilə gəldiyindən millimiz yoldaşlıq oyununda bu komanda ilə üz-üzə gəlib. Matç “Dalğa Arena”da baş tutub.

 

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Hesabı erkən - 5-ci dəqiqədə açan komandamız sona 3 dəqiqə qalmış rəqibin qoluna əngəl ola bilməyib. 

 

Bu, millimizin bu ay baş tutan ikinci sınağıdı. Gürcüstanın U-20 yığmasında 1:2 hesabı ilə uduzan komandamız doğma azarkeşlər önündə ikinci matçında da qələbəyə həsrət qalıb.

 

Tarix: 26 May 10:48    Oxunub: 745    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.