“Arsenal” yay transferlərinə nə qədər pul ayıracaq?

“Arsenal”ın yay transferlərinə nə qədər pul ayıracağı bəlli olub.

 

Sportinfo.az xəbər verir ki, “topçular” baş məşqçi Unai Emeri üçün 80 milyon avroluq transfer büdcəsi müəyyənləşdirib.

 

Bu barədə məlumatı Britaniyanın “Teleqraf” nəşri yayıb. Klub bu məbləğin növbəti mövsümdə Premyer Liqada çempionluq uğrunda mübarizə aparmaq üçün kifayət olduğu fikrindədi.

 

Xatırladaq ki, London təmsilçisi mövsümlərarası transfer pəncərəsində “Bayer”in qapıçısı Bernd Leno, “Roma”nın yarımmüdafiəçisi Lorentso Pelleqrini, “Sampdoriya”nın üzvü Denis Prat və “Frayburq”un müdafiəçisi Çağlar Söyüncünü heyətinə qatmağı planlaşdırır. 

Tarix: 26 May 10:36    Oxunub: 534    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.