Ronaldo özünü Salahla müqayisə etdi: "Mən fərqliyəm"

"Real"ın futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasının final oyunundan əvvəl özünü İngiltərə "Liverpul"unun yarımmüdafiəçisi Məhəmməd Salahla müqayisə edib.

 

Sportinfo.az xəbər verir ki, 33 yaşlı portuqaliyalı forvard Salahla müqayisədə tam fərqli futbolçu olduğunu vurğulayıb.

 

O, fərqli cəhətlərini də açıqlayıb: "İnsanlar məni digər oyunçularla müqayisə etmək istəyirlər. Amma mən hər kəsdən fərqlənirəm. Salah isə tamamilə fərqlidir. O, sağ cinahda oynayır, mən isə solda.

 

Mən ucaboyam, Salah bir qədər qısadır. Bundan əlavə, mən başla da oynaya bilirəm. Salah məndən fərqlidir. Amma deyə bilərəm ki, o, möhtəşəm mövsüm keçirir".

Tarix: 26 May 09:48    Oxunub: 589    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.