“Beşiktaş”da yayın ilk transferi

"Beşiktaş” bu yay üçün ilk transferini həyata keçirib.

 

Sportinfo.az xəbər verir ki, İstanbul klubu “Əskişəhərspor”da forma geyinən Dorukhan Toközü transfer edib.

 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

 

Dorukhanın TFF 1-ci Liqa klubu ilə müqaviləsinin müddəti başa çatdığından, “Beşiktaş” ona görə əlavə transfer haqqı ödəməyəcək.

 

“Əskişəhərspor”un yetirməsi olan Toköz geridə qalan mövsümdə 32 oyuna çıxıb, 1 qola imza atıb.

Tarix: 26 May 09:36    Oxunub: 648    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.