"Kəpəz” 10 günə bank təminatı versəydi, PremyerLiqada qalacaqdı"

AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov “Kəpəz”lə bağlı danışıb.

 

Sportinfo.az xəbər verir ki, həm də, Regional Futbol Federasiyasının rəhbəri olan veteran futbolçu fanat.az-a açıqlamasında 4 gün əvvəl “Kəpəz elitada qala bilər” açıqlamasını nəyə əsaslanaraq verdiyinə aydınlıq gətirib.

 

Cavadov belə deyib: "Komitədə Gəncə futbolunun elitada təmsil olunmasının vacibliyini bir neçə dəfə müzakirə etmişik. Biz də istəyərdik ki, qalsın.

 

Mən özüm də Gəncə futbolundan çıxmışam. Bu şəhərin komandasının Premyer Liqada mübarizə aparmasını şəxsən özüm də arzulayırdım. Lisenziyalaşdırma Komissiyası bank təminatıyla bağlı tələbləri yerinə yetirə bilmədiklərini əsas gətirdi.

 

"Kəpəz”ə vaxt verilmişdi. On gün ərzində bank təminatı məsələsini həll etsəydilər, qalacaqdılar. Belə qərara alınmışdı. Bilirsiz ki, aşağı liqanın qalibi "Xəzər”in də eyni səbəbdən elitaya yüksəlməsi mümkün olmadı.

 

Təəssüf ki, biz nəyisə dəyişə bilmərik. Futbol klublarımıza sponsorların maraq göstərməməsi acı nəticələr verir. Elitada komanda sayı artsa, yaxşı olar. Mən də bunun tərəfdarıyam”.

Tarix: 26 May 09:12    Oxunub: 865    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.