“Bu mövsüm ÇL-da finala vəsiqə qazanmaq asan olmadı"

Çempionlar Liqasının finalında “Liverpul”la qarşılaşacaq “Real”ın baş məşqçisi Zinəddin Zidan matç öncəsi mətbuat konfransında fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, həlledici oyuna qədər çox çətin yol keçdiklərini dilə gətirib:

 

“Bu mövsüm finala vəsiqə qazanmaq asan olmadı. Buraya qədər çıxa bildiyimiz üçün çox sevincliyik. Bizi ÇL-də daha bir final matçı gözləyir”.

 

Fransız mütəxəssis Madrid təmsilçisinin portuqaliyalı ulduzu Kristiano Ronaldonun formda olduğunu bildirib:

 

“Ronaldo, belə oyunlar üçün yaşayır. Bu cür matçlar onun həyatına məna qatır. Finalı dörd gözlə gözləyir”.

 

Zidan həlledici görüşdə favorit olmadığını söyləyib: “Liverpul”la eyni şansa sahibik. Tərəflərdən heç biri favorit deyil”.

 

O, rəqib komandadakı həmkarı Yurgen Kloppla da bağlı fikirlərini bölüşüb: “Ona böyük hörmətim var. Çox təcrübəli məşqçidi. İnanılmaz işlər görür. Amma bənzər keyfiyyətlərimizin olduğunu söyləyə bilmərəm. Hər kəs və hər bir mütəxəssis bir-birindən fərqlənir”.

Tarix: 26 May 09:00    Oxunub: 499    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.