"Elxan Məmmədov klublara dəstək olacağına razılıq verib"

AFFA avrokuboklara vəsiqə qazanan klublara vizaların alınmasında kömək edəcək.


Sportinfo.az xəbər verir ki, bunu AFFA Klublar Komitəsinin sədri Kamran Quliyev deyib.


O, bildirib ki, bununla bağlı Premyer Liqa təmsilçiləri tərəfindən AFFA-ya müraciət olunub: “Çempionlar Liqasına və ya Avropa Liqasına vəsiqə qazanmış komandalar rəqibləri bəlli olandan sonra viza problemləri ilə üzləşirlər.

 

Püşkatmadan 1-2 həftə sonra oyunlar baş tutur. Ona görə də AFFA-ya müraciət olunub. Baş katib Elxan Məmmədov AFFA-nın klublara dəstək olacağına razılıq verib.

 

Vizanın alınması ilə bağlı hər hansı problem olarsa, klublar AFFA-ya müraciət edəcəklər. Qurum isə əməkdaşlıq etdiyi səfirliklər vasitəsi ilə kömək etməyə çalışacaq”.

 

Tarix: 26 May 08:36    Oxunub: 761    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.