"Heç kim “Liverpul”un finala çıxacağını gözləmirdi" - Klopp

Bu gün Çempionlar Liqasının final oyununda “Real”la qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp matç öncəsi mətbuat konfransında fikirlərini bildirib.

 

Sportinfo.az xəbər verir ki, alman mütəxəssis finala çıxmalarının təsadüf olmadığını deyib:

 

“Çempionlar Liqasında finala çıxmaq böyük şeydi. Sözlə ifadə etmək mümkün deyil. Çempionlar Liqasında finala çıxmaq bir məşqçinin bacaracağı ən çətin şeylərdən biridi.

 

“Real” heç şübhəsiz, Avropanın ən güclü heyətə malik komandalarındandı. Fərdi olaraq hər futbolnçusu güclüdü. Möhtəşəm oyunçuları var.

 

“Liverpul”un tarixinə baxdıqda, əvvəllər də bu cür uğurlara imza atdığını görərik. Mövsümün əvvəlində heç kim “Liverpul”un finala çıxacağını gözləmirdi.

 

Uğurumuzun sirri “Liverpul”un ruhudu. Məhz buna görə uğur qazandıq. Çempionlar Liqasında finala yüksəlmək heç vaxt təsadüf ola bilməz.

 

Oyunçularım artıq nə istədiklərini bilirlər. Dünyanın ən yaxşı oyunçularına sahibik. “Real”ın da diqqət çəkən oyunçuları çoxdu.

 

Komanda daxilində son bir dəfə iclas keçirəcəyik. Hər şey mümkündü. Mən doğrudan, inanıram. Finalda şansları 50-nin 50-yə qiymətləndirirəm”.

 

Klopp “Real”ın baş məşqçisi Zinəddin Zidan barədə də fikirlərini bildirib: “Zidan doğrudan, çox yaxşı məşqçidi. “Real” qalib gəlməklə yanaşı, həm də, yaxşı futbol sərgiləyir.

 

Dünya ulduzlarının baş məşqçisi olmaq asan deyil. Çətin vaxtlarda xaosu idarə etmək laızmdı. Amma Zidan böyük futbolçularla necə rəftar etməli olduğunu yaxşı bilir. Çünki özü də böyük futbolçu olub”.

Tarix: 26 May 08:12    Oxunub: 462    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.