Gənc karateçilərimiz Bolqarıstana olimpiadaya lisenziya xalları üçün

Millimiz Bolqarıstan paytaxtı Sofiya gənclər arasında ilk liqada iştirak edəcək.

 

Sportinfo.az xəbər verir ki, 24-28 mayda keçiriləcək bu sınaq həm də Buenos-Ayres yeniyetmələrin olimpiya oyunlarına lisenziya xalları qazandıracaq.

 

Baş məşqçi Anar Allahverdiyev, eləcə də ustalardan ibarət yığmanın 1-ci çalışdırıcısı Şahin Xudaverdiyev məsul yarışda 10 idmançıya fürsət verəcək.

 

Bunlar Elmir  və Elnur Aşurov qardaşları (55 kq və 61 kq), Xəqan Həsənov (55 kq), Tural Yaqubov (68 kq), Məhəmməd Məmmədov, Bəxtiyar Rzayev (hər ikisi – 68 kq), Amil Bünyadzadə, Musa Sarıyev (+76 kq); Mədinə Sadıqova (48 kq) və Polina Hurenkodur (53 kq).

 

Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov turniri idarə edənlər arasında olacaqlar.

Tarix: 26 May 00:50    Oxunub: 511    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.