"Neftçi" burda birincidi: FOTO

"Vətən" RİOEUG Futbol Məktəbinin təşkilatçılığı, AFFA-nın dəstəyi və «Het-trik news» qəzetinin informasiya dəstəyi ilə 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş komandalar arasında Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş futbol turnirində "A" qrupunda 2 oyun keçirilib.

 

"Qarabağ" - "Neftçi" İK İB 2:0

Qollar: Fidayə Əzizov, 10; Bəhram Köçərli, 49.

 

"Vətən" - "Neftçi" 3:3

 Qollar: Şahin Kərimli, 10; Elvin Abdullayev, 29; Həsən Seyfullayev, 33 - Altay Əbdülkərimov, 24; Bahadur Quliyev, 56, 58.

 

Sportinfo.az xəbər verir ki, bu qrupda 2 turdan sonra "Neftçi" 4 xalla birincidi. 

 

"Qarabağ" 3 xalla 2-ci, "Vətən" 2 xalla 3-cü, "Neftçi" İK İB isə 1 xalla 4-cü yerdədi. Bu gün "B" qrupunda 3-cü turun oyunları keçiriləcək. Bununla da yarımfinalçılardan ikisi müəyyənləşəcək.

 

16:15 "Sumqayıt" - "Səbail"

17:45 "Zirə" - "Keşlə"

 

"B" qrupunda "Zirə" və "Sumqayıt" 4 xalla 1-2-ci yerləri bölüşürlər. "Səbail" 2 xalla 3-cüdü. "Keşlə"nin isə 1 xalı var.

 

"Het-trik news" qəzeti

Tarix: 26 May 00:30    Oxunub: 751    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.