Məhəmməd: "Fəxr edirəm ki, məni Ronaldo və Messi ilə müqayisə edirlər"

"Liverpul"un futbolçusu Məhəmməd Salah dünyanın ən yaxşı futbolçuları ilə müqayisə olunması barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasının final oyunu ilə bağlı da fikirlərini bölüşüb.

 

Misirli oyunçu rəqəmlərə müsbət yanaşdığını bildirib: "Hamı Lionel Messi və Kriştianu Ronaldu haqqında danışır. Çünki onlar 13-15 ildir bu səviyyədə oynayırlar. Fəxr edirəm ki, məni onlarla müqayisə edirlər".

 

M.Salah final oyununun Ronaldu ilə onun qarşıdurması olmayacağını söyləyib. Misirli futbolçu hər kəsin ondan qürur duymasını istədiyini deyib:

 

"Hər kəsi bu şəhərdə, Misirdə və bütün dünyada xoşbəxt görmək istəyirəm. Yalnız oyun haqqında düşünməli və öz işimi yerinə yetirməliyəm".

 

Mayın 26-da Ukraynanın paytaxtı Kiyevdəki "Olimpiyski" stadionunda keçiriləcək "Real Madrid" - "Liverpul" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

Tarix: 26 May 00:00    Oxunub: 541    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.