"Qəbələ" qovuşdu - FOTO

AFFA-nın təşkil etdiyi U-16 Liqasında 2017/2018-ci il mövsümünə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, son turun oyunundan sonra Qəbələ şəhər stadionunda liqanın qalib olan “Qəbələ”nin müvafiq yaş qruplarından ibarət komandasına qızıl medal və kubok təqdim edilib.

 

“Vətən” gümüş, “Neftçi” bürünc medallara sahib çıxıb. Gümüş və bürünc medalların sahiblərinə mükafatlar AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə təqdim edilib. 

 

Liqanın ən yaxşı futbolçusu Veysəl Rzayev (“Qəbələ”) seçilib, bombardir isə 27 qolla Emil Quluzadə “Vətən” komandasının üzvü olub. Ən yaxşı qapıçı adına “Qəbələ” komandasının üzvü Vüsal Şabanov layiq görülüb.

 

U-17 Liqasının 2017/2018-ci il mövsümünun də qalibi “Qəbələ” komandası olub. Mövsümün son turunun oyunundan sonra Qəbələ şəhər stadionunda liqanın qalibinə qızıl medal və kubok təqdim edilib.

 

“Səbail” gümüş, “Neftçi” bürünc medallara sahib çıxıb. Gümüş və bürünc medalların sahiblərinə mükafatlar AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə təqdim edilib.

 

Liqanın ən yaxşı qapıçısı adına “Qəbələ” komandasından Elməddin Sultanov layiq görülüb. Mövsümün ən yaxşı oyunçusu “Səbail”dən Xəlil Bəşirov, ən məhsuldar oyunçu isə 33 qolla “Sumqayıt”ın üzvü İbrahim Novruzov olub.

 

Komandanın üzvlərinə mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər.

Tarix: 25 May 21:00    Oxunub: 759    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.