Çin klubu "Qalatasaray"ın baş məşqçisinə təklif göndərdi

Çinin "Dalyan Lifan" klubu Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terimə təklif göndərib.

 

Sportinfo.az xəbər verir ki, 65 yaşlı mütəxəssisə illik 10 milyon avro təklif olunub. 

 

F.Terim bu təklifi qəbul edəcəyi təqdirdə, Xosep Qvardiola və Joze Mourinyodan sonra dünyanın ən çox qazanan 3-cü baş məşqçisi olacaq. Təcrübəli baş məşqçi uğursuz nəticələr göstərən Bernd Şusteri əvəzləyəməyə əsas namizəddir.  

 

"Dalyan Lifan" Çin liqasında 11 turdan sonra 16 komanda arasında 15-ci pillədə qərarlaşıb. Komandanın heyətində Nikolas Qaytan və Yannik Karrasko kimi futbolçular çıxış edir. 

Tarix: 25 May 20:48    Oxunub: 721    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.