"Dedim ki, istəmirəm, yenidən komanda qurmağa gücüm, taqətim qalmayıb"

«Səbail»dən mənə təklifə gəlməsi düzdü» - bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»dan ayrılan Samir Abasov deyib.

 

Mövsüm başa çatan kimi «kimyaçılar»ın sükanı arxasından istefa verən mütəxəssis iddialı klublardan birində çalışmaq istədiyini, bu üzdən debütantdan gələn təklifi geri çevirdiyini bildirib:

 

«Hələ çempionatın başa çatmasından bir qədər əvvəl də xırda görüşümüz olmuşdu. Onda demişdim ki, bütün fikrim qarşıdakı turların yanındadı, hələ heç nə danışa bilmərəm.

 

«Zirə» ilə oyundan sonra da tanıdığım adamlar zəng vurdular ki, görüşək. Dedim ki, «Səbail» variantından vaz keçirəm, istəmirəm. Bunun da səbəbi yorulmağımdı. Artıq hər şeyə sıfırdan başlamaq, yenidən komanda qurmaq istəmirəm.

 

Fikrim artıq qurulmuş və iddialı komandalarda işləməkdi ki, gedim nəyəsə nail olum. Hə, ola biləcəm, ola bilməyəcəm – onu artıq zaman göstərəcək. «Səbail»də də «Sumqayıt»dakı kimi hər şeyi təzədən qurmağa taqətim və gücüm qalmamışdı. Ona görə də «otkaz» elədim.

 

İndi dincəlirəm. Bilirsiz ki, Pro kurslarında Rəşad Sadıqovla bir yerdəyik. Onunla tez-tez dərslər və imtahanlar haqda danışırıq, görüşürük, fikir alış-verişi edirik.

 

Amma millilərdə işləməklə bağlı heç bir söhbətimiz olmayıb. Nə U-20, nə də U-21-ə. Olsaydı, mən bunu gizlətməzdim. Ümumiyyətlə, mənə qəribə gəlir olan şeyləri gizlətmək. «Səbail» söhbəti çıxdı, soruşdular, dedim, olub. Burda nə oğurluq var, nə də cinayət.

 

Bəziləri var ki, adicə futbolçu ilə danışanda istəmirlər kimsə bilsin. Mənə çatmır belə şeylər. Bugünlərdə yenə Rəşad Sadıqovla görüşəcəm, danışacam. Mayın 28-31-i aralığında imtahan həftəliyi olacaq. Almaniyadan, İsveçrədən mütəxəssislər gələcək bura.

 

Rəşadla imtahanları müzakirə edəcəyik, çünki yaxşı hazırlaşmaq lazımdı. Sabah, ya birigün haqqımda yeni nəsə bir xəbər çıxanda bunu məndən mütləq dəqiqləşdirin. Düz olsa, təsdiqləyəcəm. Olmasa, deyəcəm, yoxdu, yalandı». 

Tarix: 25 May 20:36    Oxunub: 1230    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.