“Darmştadt” Azərbaycan millisinin üzvünün xidmətində maraqlıdı

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov klubu “Aue”ni tərk edə bilər.

 

Almaniya mətbuatının məlumatına görə, 28 yaşlı futbolçu yeni təklif alıb.

 
Belə ki, II bundesliqanın digər təmsilçisi “Darmştadt” onun xidmətində maraqlıdı. Gələn mövsüm yüksək liqaya vəsiqə uğrunda mübarizə aparmaq istəyən “Darmştadt” rəhbərliyinin heyətə cəlb etmək istədiyi oyunçulardan biri də yığmamızın üzvüdü.
 
 
Lakin onlar bunun üçün ilk növbədə “Aue”ni razı salmalıdı. Çünki Nazarovun kubu ilə 2021-ci ilə qədər müqaviləsi var.
 
Sportinfo.az xəbər verir ki, Dmitri “Aue”yə 2016-cı ildə “Karlsrue”dən keçib.
Tarix: 25 May 19:48    Oxunub: 752    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.