"Qarabağ"dan ayrılacağına dair açıqlama vermədiyini iddia etdi

Haiti millisinin futbolçusu Donald Gerrye "Qarabağ"dan ayrılacağı barədə xəbərlərə münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram"ında belə bir müsahibə vermədiyini bəyan edib.

 

O, Ağdam komandası ilə daha bir il müqaviləsinin olduğunu xatırladıb: "Yəni, komandadan gedəcəyim həqiqətəuyğun deyil".

 

Donald Gerrye ötən gün “Haitisporttotal” portalına açıqlamasında onunla İtaliya A Seriyasının adı açıqlanmayan klubunun maraqlandığını bildirib.

 

Gerrye Avropanın Top-5 liqalarından birində oynaya biləcəyi ilə qürur duyduğunu vurğulayıb. O, ötən yay 2 illik müqavilə bağladığı "Qarabağ"ın heyətində 34 oyuna 3 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Tarix: 25 May 19:36    Oxunub: 826    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.