Futbol Federasiyasının prezidenti hava limanında həbs olundu

Qana Futbol Federasiyasının prezidenti Kvesi Nyantaki həbs olunub.

 

Sportinfo.az xəbər verir ki, milli asossiasiyanın rəhbəri ölkəsinə gedərkən hava limanında saxlanılıb.

 

Daha əvvəl Qana prezidenti Nana Akufo-Addo K.Nyantakini dələduzluqda ittiham edərək, hüquq-mühafizə orqanlarını onun barəsində araşdırma aparmağa çağırmışdı.

 

Məlumata görə, K.Nyantakinin Qana prezidenti və digər yüksək vəzifəli məmurların adından istifadə edərək, rüşvət almasını əks etdirən video-görüntülər var.

 

Həmin görüntülər iyunun 6-da Qana futbolundakı korrupsiya halları ilə bağlı efirə gedəcək sənədli filmdə yer alacaq. 2005-ci ildən Qana Futbol Federasiyasının prezidenti olan Kvesi Nyantaki FIFA Şurasının üzvüdü.

Tarix: 25 May 19:12    Oxunub: 562    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.