"Qəbələ"yə karyeramı bitirdiyimi dedikdən sonra getmişdim" - Rusiyalı ulduz

"Karyeramı bitirdiyimi demək çətindi.

 

Nəzərə almaq lazımdı ki, mən artıq 4 dəfə karyeramın başa çatdığını açıqlamışam və hər dəfə bu qərarın son olduğuna əmin idim". 

 

Sportinfo.az xəbər verir ki, bunu Rusiya millisinin sabiq futbolçusu Marat İzmaylov yerli mətbuata açıqlamasında deyib.

 

O bildirib ki, karyerasını bitirdiyini açıqladıqdan sonra "Qəbələ"də, "Krasnodar"da və iki dəfə "Ararat"da oynamağa imkan tapıb. 

 

Bununla yanaşı, İzmaylov "Qəbələ"də də birgə çalışdığı Yuri Syomin barədə danışıb: "Syomin əsl futbol adamıdır.

 

O, bütün həyatını futbola həsr edib. Futbola bağlılığı və sevgisi baxımından Yuri Palıçı Aleks Ferqyuson və Arsen Vengerlə yanaşı qoymaq olar".

 

Marat İzmaylov "Qəbələ"də 2013-2014 mövsümünün ikinci yarısında forma geyinib. Yuri Syomin isə "qırmızı-qaralar"a həmin mövsümün əvvəlindən sonunadək rəhbərlik edib. Onlar Premyer Liqada bürünc mükafatçı, Azərbaycan Kubokunda isə finalçı olublar.

Tarix: 25 May 18:00    Oxunub: 865    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.