“Liverpul”lu: "O gün doğma kəndimdə heç kim işləməyəcək"

“Liverpul”un futbolçusu Sadio Mane Çempionlar Liqasının finalında “Real”la keçiriləcək oyun barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Mane doğma kəndində həmin gün hər kəsin futbola baxacağını bildirib.

 

O, həmkəndlilərinə 300 forma göndərdiyini də bildirib: “Liverpul”un 300 formasını aldım və doğma kəndimə - Seneqalın Bambali kəndinə göndərmişəm. Mənim valideynlərim indi də orda yaşayırlar.

 

Mayın 26-da doğma kəndimdə heç kim işləməyəcək. Hamı göndərdiyim qırmızı formaları geyinib ÇL-in finalına baxacaq”.

Tarix: 25 May 16:12    Oxunub: 599    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.