"Neftçi"yə yol göstərdi: "Gözləyirsiz ki, başqa klubda işə başlasın? Kişi iş görüb, nəticə verib"

"Neftçi" Tərlan Əhmədovun rəhbərliyi altında Premyer Liqada mövsümü 3-cü pillədə tamamladı.

 

Buna baxmayaraq, mütəxəssislə başa çatacaq müqavilə yenilənməyib. .

 

Sportinfo.az xəbər verir ki, "Xəzər" TV-də çalışan idman jurnalisti Ceyhun Rzayev bu məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

 

O, rəhbərliyin Tərlan Əhmədova olan bu münasibətini yolverilməz adlandırıb: "Neftçi" rəhbərliyi nəyi və ya kimi gözləyir? Komandanı çətin durumda qəbul edib bürünc medal qazandıran insana qarşı yolverilməz münasibət göstərirlər.

 

Tərlan Əhmədov bu mövsüm maksimum nəticə verdi "Neftçi"də. Bu ölkədə yaxşı məşqçi futbolçular qədər azdı. Kamran Quliyevin fikri nədi?

 

''Sumqayıt'', ''Səbail" məşqçi tapa bilmir özünə. Gözləyirsiz ki, iyunun 1-i Əhmədov başqa klubda işə başlasın? Kişi iş görüb, nəticə verib, dəstək olmaqdan işin gedişatına mane olursuz".

Tarix: 25 May 15:48    Oxunub: 996    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.