"Qəbələ": Gəlin, evdə adama bir… vuraq - BU DA FOTO!

Dünən «Bakcell U-17 Liqası»nda 33-cü turdan ertələnmiş 1 oyun keçirildi.

 

«Qəbələ» Qəbələ şəhər stadionunda «Mil Muğan»ın qonağı (!) oldu.

 

Bu, eyni zamanda çempionatın son oyunu idi. «Mil Muğan» - «Qəbələ»  matçı bazar ertəsi İmişlidə keçirilməli idi. Amma qarşılıqlı razılaşmaya əsasən oyun təxirə salındı və dünənə Qəbələyə təyin olundu.

 

Səbəb U-17 Liqasının qalibi olan «Qəbələ»nin mükafatlandırılması ilə bağlı idi. Qarşılaşma «Qəbələ»nin 11:0 hesablı qələbəsi ilə başa çatdı.

 

Oyundan sonra çempion «Qəbələ»yə, həmçinin, U-16 Liqasının qalibi olan «Qəbələ»nin U-16 komandasına qızıl medallar və kubok təqdim olundu.

 

«Mil Muğan» - «Qəbələ» 0:11

Qollar: İbrahim Camalov, 12, 43, 58 (pen.), 59, 61, 77; Fərid İsgəndərov, 19; Nicat Oruclu, 21; Xəyal Muradov, 49; Təbriz İsazadə, 63; Tamerlan Rizvanov, 66;

Bombardirlər: İbrahim Novruzov («Sumqayıt») - 34, Xəlil Bəşirov («Səbail») – 30 qol.

 

"Het-trik news" qəzetinin və Sportinfo.az saytının birgə layihəsi

Tarix: 25 May 15:36    Oxunub: 696    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.