Dünya çempionatının rəsmi mahnısı təqdim olundu - VİDEO

 Rusiyada keçiriləcək dünya çempionatının rəsmi mahnısı internetdə yayımlanıb.

 

Sportinfo.az xəbər verir ki, mahnını məşhur aktyor və Qremmi musiqi mükafatının amerikalı sahibi Uill Smit, onun həmyerlisi Niki Cem və albaniyalı Era İstrefi ifa edirlər.

 

Amerikalı dicey və bəstəkar, "Diplo" ləqəbli Tomas Uesli Pentsin prodüseri olduğu musiqi "Live It Up" ("Nəyi var yaşa") adlanır. İyunun 7-də mahnının rəsmi videoklipi təqdim olunacaq.

 

Dünya çempionatı iyunun 14-də start götürəcək. Artistlər iyulun 15-də Moskvada keçiriləcək final matçından əvvəl "Lujniki" stadionunda çıxış edəcəklər.

 

Tarix: 25 May 15:24    Oxunub: 1062    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.