“Sözləşmənin uzadılması ilə bağlı qərarı iyunun sonunda verməliyik"

“Mayami “Formula 1” üzrə dünya çempionatının təqvimində Bakını əvəzləməyəcək”.

 

Sportinfo.az xəbər verir ki, bunu “Formula 1” üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov deyib.

 

O, bildirib ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) yarışın təşkilatçısı ilə 2020-ci ilə qədər müqaviləsi var: “Bu sözləşməyə yalnız qarşılıqlı razılaşma əsasında xitam vermək olar.

 

Lakin bunu etməyə hazırlaşmırıq. Bundan əlavə, “Liberty” şirkətinin bizim Qran Prini istəməməsinə dair heç bir əlamət görmürəm. Yeni təqvim açıqlanandan sonra şayiələrə son qoyulacaq”.

 

2019-cu ildə “Formula 1” üzrə Azərbaycan Qran Prisinin 26-28 apreldə keçiriləcəyi gözlənilir. Müqavilə müddətinin 2025-ci ilədək uzadılması ilə bağlı hələ qərar vermədiklərini deyən A.Rəhimov bildirib ki, daha yaxşı şərtlərin təklif olunmasını gözləyirlər:

 

“Sözləşmənin uzadılması ilə bağlı qərarı iyunun sonunda verməliyik. Lakin biz son müddəti danışıqların aparılması üçün təxirə sala bilərik. İstənilən halda, iyunun axırında məsələni həll etməyə çalışacağıq. Düşünürəm ki, razılaşacağıq”.

Tarix: 25 May 16:36    Oxunub: 675    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.