"Qarabağ"dan "Parma"ya

"Qarabağ"dan ayrılan İbrahim Şehiçin yeni komandasının adına aydınlıq gəlib.

 

Sportinfo.az xəbər verir ki, Bosniya və Herseqovina millisinin üzvü karyerasını İtaliya A Seriyasında davam etdirəcək.

 
O, uzun müddət sonra yüksək liqaya vəsiqə qazanan "Parma" ilə anlaşıb.  29 yaşlı təcrübəli əlcək sahibi yaxın günlərdə İtaliyanın köklü klubu ilə münasibətlərini rəsmiləşdircək.
 
Balkanlı yeni klubu ilə 3 illik sözləşmə imzalayacaq. Şehiç 2013-cü ildən "Qarabağ"da çıxış edirdi. O, Ağdam klubuna Türkiyədən - "Mersin"dən transfer olunub.
Tarix: 25 May 15:00    Oxunub: 797    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.