İcraiyyə Komitəsi maliyyə “feyr pley”i ilə bağlı qaydaları sərtləşdirdi

UEFA İcraiyyə Komitəsi klubların lisenziyalaşdırma qaydalarında maliyyə “feyr pley”i ilə bağlı dəyişiklikləri təsdiqləyib.

 

Sportinfo.az xəbər verir ki, bu addım klublarda maliyyə şəffaflığını artırmaq üçün atılıb.

 

Qaydalardakı dəyişiklik milli assosiasiyalar, eləcə də digər maraqlı tərəflər – Avropa Klublar Assosiasiyası və Peşəkar Futbolçuların Beynəlxalq Federasiyası (FIFPro) ilə birgə aparılan təhlillərdən sonra reallaşıb.

 

Dəyişikliklərə əsasən, klublar agentlərə ödəmələr də daxil olmaqla, bütün maliyyə məlumatlarını dərc etməlidirlər. Futbol əməliyyatları, xüsusən də transferlərlə bağlı uçot və hesabatlarda konkret tələblər olacaq.

 

UEFA klubların maliyyə problemlərinin aradan qaldırılmasına kömək məqsədi ilə nəzarəti gücləndirəcək. Bu, borcu olan klubların transferlər zamanı müəyyən ediləcək məbləğ səddini aşmamalarını diqqətdə saxlamaq imkanı verəcək.

 

UEFA tərəfindən maliyyə “feyr-pley”i layihəsi 2009-cu ildə təsis edilib. Yeniliklər 2011/2012 mövsümündən tətbiq edilməyə başlayıb. Qaydalara əsasən, klublar transferlərə qazanclarından çox xərcləyə bilməzlər.

Tarix: 25 May 14:24    Oxunub: 494    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.