“Qarabağ”ın Çempionlar Liqasına hazırlıq planı dəqiqləşdi

Premyer Liqanın qalibi olan “Qarabağ”ın yay təlim-məşq toplanışının proqramı müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv iyunun 13-də Bakıda bir araya gələcək.

 

Paytaxtda bir həftə hazırlıq keçəcək ağdamlılar ayın 20-də Avstriyaya yollanacaq. Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq “Qarabağ”ın orada hansı müddətdə toplanışda olacağı Çempionlar Liqasının püşkünün nəticəsindən asılı olacaq.

 

Mübarizəyə I təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu ilk oyunu evdə keçirəcəyi halda, iyulun 5-də Bakıya dönəcək. İlk görüş səfərdə olacağı təqdirdə, komanda Avstriyadan birbaşa qarşılaşacağı rəqibin ölkəsinə üz tutacaq. “Qarabağ” son illər yay toplanışını Kössendə keçir.

Tarix: 25 May 14:12    Oxunub: 667    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.