Qadınlar arasında Çempionlar Liqasının qalibi oldular

Qadın futbolçular arasında UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.

 

Sportinfo.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə, Valeri Lobanovski adına stadionda baş tutan turnirin final matçında Almaniyanın “Volfsburq” və Fransanın “Olimpik” (Lion) klubları üz-üzə gəlib.

 

Qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Amma əlavə vaxtda qapılara 5 qol vurulub. Rəqibini 4:1 hesabıyla məğlub edən Fransa təmsilçisi ardıcıl 3-cü dəfə ÇL-in qalibi adını qazanıb.

 

Bütövlükdə isə Lion klubu 5-ci dəfə bu turnirdə ən güclü olub. “Olimpik” 2011, 2012, 2016 və 2017-ci illərdə də qitənin ən güclüsü adını qazanmışdı. Sonuncu uğuru Fransa təmsilçisini həm də ÇL-in rekordçusuna çevirib.

 

Belə ki, 4 dəfə çempion olmuş Almaniyanın “Frankfurt” klubunu geridə qoyan “Olimpik” artıq bu turnirin ən uğurlu komandasıdı.

Tarix: 25 May 13:48    Oxunub: 553    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.