Nə olsun milliyə dəvətlisən, bu pulu sənə verən kimdi?

Bu mövsüm Premyer Liqada 10 qol vuran Amil Yunanovun «Sumqayıt»dan gediş səbəbi müəyyənləşib.

 

Sportinfo.az-ın məlumatına görə, milliyə dəvət almağa başlayandan sonra qoltuqlarının altı şişən hücumçu özünə babat qiymət qoyub.

 

O, 2015-ci ildən şərəfini qoruduğu «kimyaçılar»dan 7000-9000 manat maaş tələb edib. «Gənclik şəhəri» təmsilçisi isə 3000 civarını aşmayıb.


Yunanov ilk vaxtlar «Sumqayıt»da 500 manata top qovub. Tədricən artıma gedən rəhbərlik son olaraq 2400 manat əməkhaqqı ödəyirdi.

 

Tarix: 25 May 13:24    Oxunub: 971    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.