"Sabah"da yeni baş menecer

«Xəzər»in keçmiş icraçı direktoru Emin Abbasov yeni işinin icrasına başlayıb.

 

Hələlik qeyri-rəsmi olaraq.

 

Debütant klubun I Divizionda çempionu titulu qazanmasında ən az Elşad Əhmədov qədər rolu olan sabiq həmkarımız artıq «Sabah»ın uğurları üçün çalışır. 


AFFA-nın «Xəzər»i deyil, «Sabah»ı Premyer Liqaya buraxmasından və Əhmədovun ora yollanmasından sonra gözlənilirdi ki, Abbasov da eyni istiqamət üzrə hərəkət edəcək. E

 

min bəy, güman ki, bu klubda seleksiya işlərinə cavabdehlik daşıyacaq. Çünki futbolçularla baş məşqçini hazırda məhz o əlaqələndirir.

 

Əhmədov hansı oyunçuların xidmətində maraqlıdısa, Abbasovun vasitəsilə görüşə çağırılır və müqavilə şərtləri danışılır (Sportinfo.az). 

 

Tarix: 25 May 12:36    Oxunub: 966    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.