Xəzərdə qayıqdan tapılan meyitlər itkin düşən idmançılara aid imiş

"Neft Daşları yaxınlığında tapılan meyitlər 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirliyə məxsusdu".

 

Sportinfo.az xəbər verir ki, bu barədə goldnews.az-a itkin düşən gənclərin yaxınları məlumat veriblər.

 

Bu barədə müvafiq qurumlardan hər iki gəncin ailəsinə məlumat verilib. Bildiriblər ki, onların tapılması barədə məlumat aidiyyəti qurumlara ötürülüb.

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.

 

Aprelin 18-də Sumqayıt şəhərində yaşayan gənc idmançı 17 yaşlı Nüsrət Nəzərzadə və onun 15 yaşlı dostu Aqil Təbirli itkin düşüb.

 

Onlar günorta saat 1 radələrində dənizdə məşq etmək üçün rezin qayıq götürərək Xəzər bağları istiqamətinə yollanıblar. Həmin gündən sonra onlardan bir daha xəbər alınmayıb.

Tarix: 25 May 12:12    Oxunub: 655    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.