"Bu hücumçu, çox güman ki, "Qarabağ”a yollanacaq” - FOTO

"Qarabağ”a transferi gözlənilən Xama Billiat "Mamelodi Sandaunz”un heyətində son matçına çıxıb.


Sportinfo.az xəbər verir ki,  CAR klubu Afrika Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Horoya”nın qonağı olub.


Qvineyada keçirilən və 2:2 hesabı ilə başa çatan qarşılaşmada qonaqların ilk qoluna 69-cu dəqiqədə məhz Billiat imza atıb. İkinci qolda isə o, komandasına penalti qazandırıb və 90-cı dəqiqədə baş məşqçi tərəfindən əvəzlənib.


BBC bunun "Mamelodi Sandaunz”la müqavilə müddəti mayın sonuna qədər olan Billiatın vida matçı olduğunu yazıb. Xəbərdə Zimbabve millisinin üzvünün karyerasını ölkəmizdə davam etdirəcəyi vurğulanıb:

 

"Billiat 6 il formasını geyindiyi "Mamelodi Sandaunz”la vidalaşdı. Bundan sonra yeni komandasına keçəcək. Hücumçu çox güman ki, Azərbaycan klubuna yollanacaq”.


Billiatın Azərbaycana səfəri baş tutmaya da bilər. Cənubi Afrika Respublika mətbuatında yayılan məlumata görə, hücumçu Avropaya köçməklə bağlı fikrini dəyişmək üzrədi.


Doğrudu, Zimbabve millisinin üzvü müqavilə müddəti gələn ay başa çatacaq klubu ilə yollarını ayıracaq. Ancaq onun CAR-da qalmaq ehtimalı yüksək qiymətləndirilir.

 

Belə ki, “Orlando Pirates”, “Kayzer Çifs” və “Bidvest Uits” 28 yaşlı oyunçunu razı salmağa çalışır. Xüsusən də birincilərin daha sərfəli təklif irəli sürdüyü bildirilir.

 

Adıçəkilən klublarla yanaşı, İsveç təmsilçisi “Yurqorden” də bu transfer məsələsində “Qarabağ”la rəqabət aparır. Billiatın yeni meneceri Maykl Nqobeni isə qərar vermək üçün tələsmədiklərini vurğulayıb:

 

“Billiatın anlaşmasının iyunun sonunda bitəcəyini bütün dünya bilir. O isə hələ mövsümü başa vurmaq barədə düşünür. Qərar üçün kifayət qədər vaxtımız olacaq”.

 

Tarix: 25 May 11:36    Oxunub: 988    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.